Çin lideri İlham Əliyevə yazdı: ''Sizinlə birgə səy göstərməyə hazıram''

Çin lideri İlham Əliyevə yazdı: ''Sizinlə birgə səy göstərməyə hazıram''

Hazırda oxunan: Çin lideri İlham Əliyevə yazdı: ''Sizinlə birgə səy göstərməyə hazıram''

6089

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Son illərdə Çin-Azərbaycan münasibətlərinin dinamik inkişafı müşahidə edilir, qarşılıqlı siyasi etimad günbəgün möhkəmlənir. “Bir kəmər, bir yol” layihəsi üzrə iki ölkənin əməkdaşlığı, habelə beynəlxalq arenada qarşılıqlı fəaliyyəti uğurla və səmərəli şəkildə inkişaf edir. COVID-19 pandemiyası yayılandan sonra Çin və Azərbaycan iki xalq arasında möhkəm dostluq nümayiş etdirərək bir-birinə səmimi kömək göstərir.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ikitərəfli dostluq və əməkdaşlığın, müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə dərinləşməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO