"Cinayətkar rejimin rəhbərləri həbs olunmalıdır" – Partiya sədrindən ÇAĞIRIŞ 

Hazırda oxunan: "Cinayətkar rejimin rəhbərləri həbs olunmalıdır" – Partiya sədrindən ÇAĞIRIŞ 

60888

“Yollar, demək olar ki, artıq tükənib. Çünki cinayətkar rejimlə artıq siyasi və diplomatik dillə danışmaq mümkün deyil. Onlarla ancaq hərbi yolla və Azərbaycan qanunvericiliyinin gücü ilə danışmaq lazımdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə mövcudluğunu davam etdirən separatçı rejimin qondarma parlamenti tərəfindən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən qanun yekdilliklə qəbul olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkilləri “Böyük Qayıdış”da nümunə ola biləcəklərmi? – Deputatlardan SORĞU 


“Bu tip məsələlərə son qoymaq üçün Azərbaycan gec-tez Xənkəndində, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə anti-terror əməliyyatı keçirməlidir.

Cinayətkar rejimin rəhbərləri isə həbs olunmalı, cinayət məsuliyyətinə cəlb edilməli və Azərbaycan qanunvericiliyi ilə cəzalandırılmalıdır. Başqa bir yolla problemin həllini tapacağına inanmıram”, - deyə Qulamhüseyn Əlibəyli qeyd edib.

Partiya sədri Azərbaycanın Laçın dəhlizini bağlayacağı təqdirdə, qondarma rejimin bundan dərs çıxaracağı ehtimallarını dəyərləndirib:

“Güman etmirəm ki, onlara dərs olsun. Çünki onlar xəstələniblər, erməni xəstəliyinə tutulublar. Amma Laçın dəhlizinin bağlanması və Ermənistanla rejim arasında əlaqənin kəsilməsi və ancaq humanitar yardımların göndərilməsinə icazə verilməsi müəyyən təsir vasitəsi ola bilər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO