Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi

Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi

Hazırda oxunan: Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi

6086

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Başa çatmaqda olan 2020-ci il Sizin üçün ağır, lakin Zəfər ili oldu. Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim. Bu, tarixi məqamdır.

Şəxsən Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.

Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Qoy, 2021-ci il ölkənizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün məhsuldar və uğurlu il olsun!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO