Ermənistanın Azərbaycana verdiyi MİNA XƏRİTƏLƏRİ – Qalan ərazilər hansılardır?

Ermənistanın Azərbaycana verdiyi MİNA XƏRİTƏLƏRİ – Qalan ərazilər hansılardır?

Hazırda oxunan: Ermənistanın Azərbaycana verdiyi MİNA XƏRİTƏLƏRİ – Qalan ərazilər hansılardır?

60630

Məlum olduğu kimi, ötən il dekabrın 4-də işğaldan azad olunan digər ərazilərimizdə basdırılan minaların xəritələri də Azərbaycana təhvil verilib.

Bununla da, Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən basdırılmış mina xəritələrinin hamısı Azərbaycana təqdim edilib.

İlk olaraq verilən, Ağdam, Füzuli və Zəngilan rayonlarının ərazisindəki mina sahələrinin “karta”larının doğruluq payının 20-25% olduğu bildirilirdi. Lakin son təqdim olunan xəritələrin reallığa nə qədər uyğun olduğu bəlli deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təqdim etdiyi yeni mina xəritələri ilə bağlı ANAMA-dan AÇIQLAMA


Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, ermənilərin verdiyi xəritələrin doğruluğu şübhəlidir:

“İstənilən halda, biz ermənilərin təhvil verdiyi mina xəritələrinin doğruluğuna əvvəldən şübhə ilə yanaşırdıq. Sonrada verilən xəritələrin doğruluğunun 25% olması şübhələrin əsaslı olduğunu da nümayiş etdirdi. Hesab etmirəm ki, son verilən xəritələr əvvəlkilərdən müsbət tərəfləri ilə fərqlənəcək. Böyük ehtimalla onların da doğruluq payı əvvəlkilərlə eyni olacaq”.

Ədalət Verdiyev Ermənistanın nəzarətində olan anklavlarda ermənilərin Qarabağ və Şərqi Zəngəzurda etdikləri kimi kor-koranə mina səpələmək ehtimallarını da dəyərləndirib:

“Hal-hazırda Azərbaycanın Qazax istiqamətində yeddi, Naxçıvan istiqamətində isə bir kəndi ermənilərin nəzarəti altındadır. Bu kəndlərin də boşaldılması zamanı həmin ərazilərdə külli miqdarda ermənilər tərəfindən basdırılan minalara və kustar üsullarla hazırlanmış partlayıcı maddələrə rast gələcəyimiz istisna deyil. İstənilən halda biz ən mənfi ssenarilərə hazır olmalıyıq. Hesab edirəm ki, güc strukturlarımız da bunu nəzərə alıb”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO