Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Nümayəndə heyəti rəhbərlərinin xatirə fotosu çəkdirilib.
Keçirilən məhdud tərkibli iclasda ölkələrimiz arasındakı regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri, həmçinin digər məsələlər müzakirə olunub.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, cənab Andrey Belousov ilə ikitərəfli görüşü də olub. Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.




Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:31 / 03.04.2026
Zakir Həsənov Moskvada - FOTO
Hazırda oxunan: Zakir Həsənov Moskvada - FOTO
Hazırda oxunan: Zakir Həsənov Moskvada - FOTO
604781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































