Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Hazırda oxunan: Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

604711

Çexiyanın Baş naziri Andrey Babiş (Andrej Babiš) aprelin 26-27-də Azərbaycana rəsmi səfər edəcək.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı aprelin 26-dan 30-dək Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.
 

Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasını və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.


Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yekunu üzrə Azərbaycan və Çexiya arasında xarici ticarət dövriyyəsinin dəyəri 814,73 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 29 % azdır.

Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri isə 92,077 milyon ABŞ dolları (60,8 % az) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO