Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Hazırda oxunan: Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

604706

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha da möhkəmlənməsində əsas amil olduğu vurğulanıb.
 

Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının nəticələrini müsbət qiymətləndirərək, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, bir sıra istiqamətlərdə birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər.


Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, təşkilatın üzv dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

Bu baxımdan Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün önəmi xüsusi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO