Arutyunyan Bakıya gətiriləcəkmi? – Hüquqi TƏLƏB  

Arutyunyan Bakıya gətiriləcəkmi? – Hüquqi TƏLƏB  

Hazırda oxunan: Arutyunyan Bakıya gətiriləcəkmi? – Hüquqi TƏLƏB  

60460

“Özünü qondurma respublikasının rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək”.

Xəbər verdiyimiz kimi Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov fevralın 16-da mətbuata verdiyi açıqlamasında özünü Qarabağda qondarma respublikanın rəhbəri kimi təqdim edən Arayik Arutyunyanın qısa müddətdə istintaqa cəlb ediləcəyini qeyd edib.

Bundan əlavə Prokurorluq rəsmisi istintaqın davam etdiyini və qısa müddət ərzində əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcəyini də diqqətə çatdırıb.

Azərbaycan tərəfinin bu açıqlamasının arxasında yatan səbəbləri və verilən mesajları Bizim.Media üçün şərh edən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə məsələnin hüquqi tərəfini ön plana çıxarıb:

“Zənnimcə, bu sadəcə olaraq siyasi mesaj deyil. Eyni zamanda hüquqi mesajdır və hüququn aliliyinin müdafiəsidir. Əslində biz ədalət istəyirik. Raket zərbələri nəticəsində qətlə yetirilmiş körpələrin ölümünə görə. Biz eyni zamanda, 1990-cı illərdə törədilmiş Xocalı soyqırımı, etnik təmizləmələr, qadınları, uşaqları qətlə yetirən cinayətkarlar üçün ədalət istəyirik. Biz istəyirik ki, beynəlxalq hüququ müdafiə edən qurumlar da bu istiqamətdə Azərbaycanın haqlı tələbinə dəstək versinlər.
 

Bu istiqamətdə bütün mexanizmlərdən istifadə etmək lazımdır. Düşünürəm ki, Arayik Arutyunyan cinayətlərinə görə cəza çəkməlidir”. 


- Arutyunyanın cinayətkar, terrorist olduğu bəlli olsa da, onun mövqeyini müdafiə edən erməni lobbisinin olduğu da həqiqətdir. Sizcə, onlar öz təsir güclərindən istifadə edərək, Arayikin istintaqa cəlb olunması istiqamətində Azərbaycana siyasi maneələr yarada bilərlərmi?

“Ən azı Azərbaycan hüququn aliliyini müdafiə etməlidir, ədalət istəməlidir. Hansısa lobbi öz oyunlarını oynayacaqsa, bu da əslində bariz nümunə olacaq ki, lobbinin təsiri altında bəyan edilmiş dəyərlərə zidd olan qərarlar qəbul olunur və beynəlxalq hüquq normaları pozulur”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO