XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Hazırda oxunan: XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

604471

Azərbaycanda rəsmi sənədlərin leqallaşdırılması prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsi və xarici ölkələrdəki konsulluqlar tərəfindən rəsmi sənədlərin leqallaşdırılmasının həyata keçirilməsi məqsədilə XİN-in "Konsul leqallaşdırılması" informasiya sisteminin təsis edilməsi planlaşdırılır.
 

Eyni zamanda, leqallaşdırılmış sənədlərin tərcüməsinin "Elektron notariat" informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və sənədlərin ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsi hazırlanacaq.


Sənədə əsasən, bu məqsədlərlə proqram təminatlarının yaradılması da nəzərdə tutulur.

Layihənin icrasına Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyi məsuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO