Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Hazırda oxunan: Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

603627

Gürcüstanın aparıcı imedi.ge, interpressnews.ge, realnews.ge, interpress.ge, 1tv.ge informasiya portalları, eləcə də ictimai televiziyası Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olması və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verməsi barədə mlumat yayıblar.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, xəbərlərdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladığı, Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdığı qeyd olunur.
 

Materiallarda Prezident İlham Əliyevin Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladığı xüsusi qeyd olunub.


Dövlətimizin başçısının Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin rolu barədə fikirləri də əksini tapıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO