“Regional əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan bir nümunədir. Azərbaycan həmçinin Qlobal Bakı Forumu səviyyəsində əhəmiyyətli bir platforma yaradaraq dünyada vacib çağırışları ifadə etmək imkanına malikdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
“Təəssüf ki, bir çox bölgələrdə parçalanmanın və qarşıdurmaların şahidi oluruq. Belə bir dövrdə dialoqu inkişaf etdirmək vacib addımdır. Son qlobal proseslər göstərir ki, bu kimi platformalar həm regional əməkdaşlıq, həm də etibarlı nəqliyyat dəhlizlərinin yaradılması üçün daha böyük ehtiyac yaradır. Bu isə ticarət sisteminin gücünü artırır və qarşılıqlı iqtisadi asılılığa xidmət edir”, - deyə Binəli Yıldırım vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:27 / 12.03.2026
Binəli Yıldırım regional əməkdaşlığın inkişafında Azərbaycanın əhəmiyyətindən DANIŞDI
Hazırda oxunan: Binəli Yıldırım regional əməkdaşlığın inkişafında Azərbaycanın əhəmiyyətindən DANIŞDI
Hazırda oxunan: Binəli Yıldırım regional əməkdaşlığın inkişafında Azərbaycanın əhəmiyyətindən DANIŞDI
601097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































