Tural Abbaslı 4 partiyanın SİRRİNİ açdı: “Bu gün görüşümüz var” 

Tural Abbaslı 4 partiyanın SİRRİNİ açdı: “Bu gün görüşümüz var” 

Hazırda oxunan: Tural Abbaslı 4 partiyanın SİRRİNİ açdı: “Bu gün görüşümüz var” 

60083

Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiya arasında intensiv əməkdaşlıq müzakirələri aparılır. Əməkdaşlıq və müzakirələrin hansı kontekstdə olduğunu öyrənmək üçün sualları Ağ Partiya başqanı Tural Abbaslıya ünvanladıq.

Bizim.Media ilə dialoq zamanı Tural Abbaslı bu 4 partiya arasında mütəmadi görüşlərin keçirildiyini bildirib və:
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı kimə təlxək yazıçı dedi? - “İçəndən-içənə danışa bilən adamlar deyir ki...” – VİDEO


“Birgə fəaliyyətlə bağlı müzakirələrimiz də olub. Bu gün də belə görüşümüz nəzərdə tutulub. Çünki hansısa məsələlərdə partiyaların birgə fəaliyyəti daha faydalı olar. Yəni, həm birgə layihələr, ümumi reaksiyalar daha effektivdir”.

Bundan başqa, Ağ Partiya sədri bildirib ki, bu tip görüşlərdə mümkün seçkilərin perspektivləri müzakirə olunur. Əsas söhbət 125 Dairə Seçki Komissiyaları ilə bağlı müəyyən razılaşmalardan gedir:

“Seçkinin müşahidəsinin təşkili də ola bilər. Rayon təşkilatlarının formalaşdırılmasında və yaxud rayon təşkilatı üzvlərinin birgə fəaliyyəti, əməkdaşlığının formaları müzakirə predmetlərindəndir. Həmçinin sosial media siyasət və fəaliyyətinin birgə təşkilinin də müzakirələrdə əks olunması mümkündür”.

Sonda Tural Abbaslı sözügedən 4 partiya arasında sadlananlardan başqa sahələrdə də əməkdaşlığın ola biləcəyini real sayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO