Fransa Prezidenti Emmanuel Makron regionda baş verən son hadisələr fonunda Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı apardığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsində Azərbaycan dilində paylaşım edib.
Fransa liderinin sözlərinə görə, o, region ölkələrinin rəhbərləri ilə keçirdiyi məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə danışaraq İranın Azərbaycan ərazisinə endirdiyi zərbələrdən sonra ölkəmizə dəstək və həmrəylik ifadə edib.
Makron həmçinin Azərbaycanın Fransa vətəndaşlarının təxliyəsinə göstərdiyi yardıma görə təşəkkür etdiyini bildirib.
“Fransa vətəndaşlarının təxliyəsinin asanlaşdırılması üçün Azərbaycanın göstərdiyi köməyə görə də təşəkkür etdim”, – deyə Fransa prezidenti qeyd edib.
Bundan əlavə, Emmanuel Makron Azərbaycan və Ermənistan arasında sülh prosesinə Fransanın dəstəyini bir daha vurğulayıb və Bakı ilə ikili dialoqu daha möhkəm əsaslar üzərində inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:26 / 08.03.2026
Makron İlham Əliyevlə danışıqdan sonra Azərbaycan dilində paylaşım etdi - FOTO
Hazırda oxunan: Makron İlham Əliyevlə danışıqdan sonra Azərbaycan dilində paylaşım etdi - FOTO
Hazırda oxunan: Makron İlham Əliyevlə danışıqdan sonra Azərbaycan dilində paylaşım etdi - FOTO
600412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































