Ceyhun Bayramov bolqarıstanlı həmkarına dəstəyə görə təşəkkür etdi

Ceyhun Bayramov bolqarıstanlı həmkarına dəstəyə görə təşəkkür etdi

Hazırda oxunan: Ceyhun Bayramov bolqarıstanlı həmkarına dəstəyə görə təşəkkür etdi

600379

Martın 8-də Bolqarıstanın xarici işlər naziri Nadejda Neynski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları barədə müzakirə aparıblar.

Nazir Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO