Ceyhun Bayramov Əlcəzairin dövlət naziri ilə nəyi müzakirə etdi?

Ceyhun Bayramov Əlcəzairin dövlət naziri ilə nəyi müzakirə etdi?

Hazırda oxunan: Ceyhun Bayramov Əlcəzairin dövlət naziri ilə nəyi müzakirə etdi?

600377

Martın 8-də Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bu cür hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb və yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat təqdim edib.

Nazir Əhməd Attaf mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməz olduğunu bildirib və problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. Əlcəzair naziri ölkəmizlə həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini də müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO