“ABŞ 5 mart tarixində İran rejiminin Azərbaycan Respublikasına qarşı Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına səbəb olan səbəbsiz pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.
Bəyanata əsasən, bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasının nəticəsidir:
“Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:18 / 07.03.2026
ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pislədi - BƏYANAT
Hazırda oxunan: ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pislədi - BƏYANAT
Hazırda oxunan: ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pislədi - BƏYANAT
600251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































