Orbandan Prezidentə ZƏNG: “Azərbaycana hər bir dəstəyi göstərməyə hazırıq”

Orbandan Prezidentə ZƏNG: “Azərbaycana hər bir dəstəyi göstərməyə hazırıq”

Hazırda oxunan: Orbandan Prezidentə ZƏNG: “Azərbaycana hər bir dəstəyi göstərməyə hazırıq”

600247

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib.

Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.

Dövlətimizin başçısı telefon zənginə, nümayiş olunan dəstəyə və həmrəylik mövqeyinə görə minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO