Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.
Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.
Litva naziri Azərbaycan ərazisinə qarşı dron hücumlarını pisləyib, bunun dərin narahatlıq doğurduğunu, Azərbaycanla həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:57 / 06.03.2026
Litva XİN başçısı İranın Azərbaycana dron hücumunu PİSLƏDİ
Hazırda oxunan: Litva XİN başçısı İranın Azərbaycana dron hücumunu PİSLƏDİ
Hazırda oxunan: Litva XİN başçısı İranın Azərbaycana dron hücumunu PİSLƏDİ
600080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































