Azərbaycan Naxçıvan aeroportuna dron hücumu ilə bağlı ICAO-ya MÜRACİƏT ETDİ

Azərbaycan Naxçıvan aeroportuna dron hücumu ilə bağlı ICAO-ya MÜRACİƏT ETDİ

Hazırda oxunan: Azərbaycan Naxçıvan aeroportuna dron hücumu ilə bağlı ICAO-ya MÜRACİƏT ETDİ

600069

Azərbaycan hökuməti İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən gün İslam Respublikası ərazisindən Naxçıvan aeroportunun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.
 

"Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə – "Aviasiya təhlükəsizliyi" sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat ICAO-ya göndərilməlidir.


Beynəlxalq standartlardan irəli gələrək Nazirliyin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi ICAO-ya müvafiq ilkin hesabat göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO