XİN Azərbaycana dəstək ifadə edən ölkələrə belə təşəkkür etdi – FOTO

XİN Azərbaycana dəstək ifadə edən ölkələrə belə təşəkkür etdi – FOTO

Hazırda oxunan: XİN Azərbaycana dəstək ifadə edən ölkələrə belə təşəkkür etdi – FOTO

600059

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanla həmrəylik göstərən ölkələrə və təşkilatlara təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Biz Azərbaycan ərazisinə İran tərəfindən həyata keçirilən dron hücumlarından sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.
 

Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə təsdiqlənməsini yüksək qiymətləndiririk.


Bu çətin zamanda Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk", - paylaşımda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO