Əli Həsənov pullarını Dubaya köçürüb – FOTOFAKT

Əli Həsənov pullarını Dubaya köçürüb – FOTOFAKT

Hazırda oxunan: Əli Həsənov pullarını Dubaya köçürüb – FOTOFAKT

0:00
0:00
59939

Xəbər verdiyimiz kimi, Azərbaycanı tərk edərək ABŞ-ın Mayami şəhərinə köçən Əli Həsənovun oğlu Şamxal Həsənlinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mülklər aldığı bildirilirdi.

Bizim.Media xəbər verir ki, Dubayda lüks əmlak satışı agentlərindən olan Hend Karam sosial media hesabında Azərbaycandan olan müştəri ilə bağlı paylaşım edilib.

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun oğlu ABŞ-da nə işlə məşğuldur? – SON MƏLUMAT

“Əsas məsuliyyət Əli Həsənovun, oğlu Şamxalın üzərinə düşür” - Vüqar Səfərlinin MƏHKƏMƏ İŞİ


Şəxsi "Instagram" səhifəsində onun ad və soyadını qaralasa da, fotoya diqqətlə baxdıqda sözügedən şəxsin Şamxal Həsənli olduğu məlum olub.

Lakin Hend Karamın paylaşımlarına nəzər saldıqda, bütün müştərilərinin adlarının açıq şəkildə paylaşıldığına şahid olduq.

Yalnız Şamxal Həsənlinin adı gizlədilməyə çalışılıb. Bunun Şamxalın şəxsi xahişi ilə baş verdiyi isə şübhəsizdir. 

Görünür, Şamxal Həsənli Azərbaycandan çıxardığı pulları hansı məqsədlərlə istifadə etdiyini ictimaiyyətdən gizlətməyə çalışıb.

Şamxalın bu addımı atmağa ehtiyac duymasından belə nəticəyə gələ bilərik ki, Əli Həsənov ölkədən çıxardığı pulları Dubayda əmlak biznesinə yatırmaqla yumağa çalışır.

Paylaşımda diqqət çəkən digər məqam isə, Şamxalın 3 ilə yaxındır Hend Karamı tanıdığını və onunla bəzi işlərdə birlikdə çalışdığını qeyd etməsi olub. 

Sözügedən paylaşımın 2020-ci ilin dekabrında edildiyini nəzərə alsaq, Şamxal Həsənlinin hələ 2017-ci ildən Dubayda əmlak biznesinə başladığı ortaya çıxır.

Qeyd edək ki, hələ 2021-ci ilin əvvəllərində ölkə mətbuatında Şamxal Həsənlinin özü və ailəsinə məxsus mülkləri tez-tələsik satmağa çalışaraq, əldə etdiyi vəsaitləri ABŞ, BƏƏ və Türkiyədə əmlak biznesinə yatırması ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Şamxal Həsənlinin də adı KİVDF-nin sabiq sədri Vüqar Səfərlinin məhkəmə prosesində tez-tez hallanıb.

Prosesin gedişində Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılıb.

Belə ki, şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır.

Mühasib çalışan Abdullayev bir dəfə Şamxal Həsənliyə 600 min manat, Gülər Vəliyevaya isə 580 min AZN verdiyini iddia edib.

Bizim.Media


 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO