Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi Ermənistanın törətdiyi vəhşiliklər barədə bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat paylaşılıb.
“Xocalıda törədilmiş qətliam beynəlxalq səviyyədə beynəlxalq hüququn kobud şəkildə pozulması kimi, bəşəriyyətə qarşı cinayət və ya soyqırımı aktı olaraq pislənir. Məsuliyyət qaçılmazdır və törədilmiş cinayətlərin qaçılmaz nəticəsi olmalıdır”, - press-relizdə bildirilib.
Qeyd edilib ki, Azərbaycan ədalətin təmin olunması, eləcə də regionda sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.


Bizim.Media






























































































