Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Hazırda oxunan: Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

598345

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət ediblər.

Kişi sakin: 35 ildir gözləyirdik.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Şəhər tərəfdə.

Prezident İlham Əliyev: Bakıda?

Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.

Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Ağcabədidə.

Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.

Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?

Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.

Prezident İlham Əliyev: Orada şərait necə idi?

Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.

Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.

Prezident İlham Əliyev: Əlbəttə.

Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.

Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO