Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi BAŞA ÇATIB - FOTO

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi BAŞA ÇATIB - FOTO

Hazırda oxunan: Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi BAŞA ÇATIB - FOTO

597917

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb.

Bizim.Media xəbər verir ki, bunu fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev bildirib.
 

Ş.Mustafayev deyib ki, sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra həmin körpünün istismara verilməsi nəzərdə tutulur.


Baş nazirin müavini əlavə edib ki, həmin layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO