İran yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının Bakıdakı səfilriyi məlumat yayıb.
Bildirilib ki, naziri Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, eləcə də İranın Azərbaycandakı səfiri qarşılayıb.
Qeyd olunub ki, nazir İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak edəcək.
Bununla yanaşı, onun Azərbaycannın yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirməsi planlaşdırılır.
“Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir”, –səfirlik vurğulayıb.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
08:41 / 23.02.2026
İranlı nazir gecə ikən Bakıya gəldi – FOTO
Hazırda oxunan: İranlı nazir gecə ikən Bakıya gəldi – FOTO
Hazırda oxunan: İranlı nazir gecə ikən Bakıya gəldi – FOTO
597758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































