Məlum olduğu kimi, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribat törətməyə çalışıblar. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdirib və təxribat cəhdinin qarşısını alıblar.
“Bu birbaşa Prezidentin həyatına sui-qəsddir”
MÖVZU İLƏ BAĞLI:
Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?
Millət vəkili Aqil Abbas Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Vaşinqtondakı təxribat hadisəsi artıq siyasi mübarizə deyil, bu birbaşa Prezidentin həyatına sui-qəsddir:
“Prezidentin qaldığı hotelə girməyə çalışasan. Orada prezidentin mühafizəçiləri, polis əməkdaşlarına müqavimət göstərəsən. Bu çox böyük təxribatdır.
Onların arxasında duran, əlbəttə ki, onları maliyyələşdirən və sığınacaq verənlərdir. Onları ora göndərən başqa ölkələrin kəşfiyyat idarələridir.
Ümid edirik ki, ABŞ-nin hüquq-mühafizə orqanları bu işlə məşğul olacaq. Güman ki, bununla bağlı rəsmi mövqe bildiriləcək. Hər halda bu şərəfsizlikdir. Təkcə Azərbaycan Prezidentinə qarşı yox, həm də Azərbaycan dövlətinə, xalqına qarşı şərəfsizlikdir”.
Şəfiqə Şəfa, Bizim.Media






























































































