Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Hazırda oxunan: Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

597380

Məlum olduğu kimi, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribat törətməyə çalışıblar. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdirib və təxribat cəhdinin qarşısını alıblar. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP-in sədri, millət vəkili Arzuxan Əlizadə bildirib ki, Azərbaycanın artan nüfuzundan bəzi güc mərkəzləri ciddi narahatlıq keçirir:
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?


“Təəssüf ki, bu bədnam qüvvələrə bizim bəzi üzdəniraq ünsürlərimiz də qoşulub. Onlar anti-Azərbaycan qüvvələrinin əlində alətə çevriliblər.

Maddi və yaxud sosial vədlərin müqabilində alətə çevrilən bu ünsürlər çox təəssüf ki, Azərbaycanın imicinə zərər vermək üçün ermənipərəst qüvvələrlə eyni mövqedən çıxış edirlər. Çox təəssüf ki, anti-milli ünsürlərimizin seçdiyi “mübarizə metodu” - söyüş ritorikası milli və ailə dəyərlərimizə çox böyük zərbə vurur.

Hesab edirəm ki, bir cəmiyyət olaraq, müxalif siyasi partiya olaraq bu ünsürlərə “ev sahibliyi” edən dövlətlərdən tələb etməliyik ki, onlar bizə təhvil verilsin. Çünki Azərbaycan dövlətinin təmsilçisi olan Prezidentə və dövlətimizin digər rəsmilərinə qarşı edilən bu hərəkət hər bir azərbaycanlıya qarşı həyata keçirilən iyrənc kampaniyadır.

Bu təxribatı milli maraqlar mövqeyindən çıxış edərək şəxsimizə qarşı edilmiş təhqir kimi qəbul etməliyik. Sığındıqları dövlətlər həmin ünsürləri Azərbaycana təhvil verməli və daha sonra onlar qanun qarşısında ən sərt şəkildə cəzalandırılmalıdırlar ki, belə bir iyrənc presedentə son qoyulsun”.

Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev də vurğulayıb ki, Azərbaycan Prezidenti dövlətin və xalqın ali təmsilçisidir:
 

“Ona həm ölkə daxilində, həm də xarici dövlətlərdə hörmət qoyulması hər kəsin mənəvi borcudur. Bu mənada Vaşinqtonda - Prezidentin qaldığı hotelə soxulmaq istəyən adamların hərəkətini təxribat və milli maraqlara ağır zərbə kimi dəyərləndirirəm. Etirazın da sivil yolları var.


Nə zamandan söyüş söymək siyasi mübarizə metodu olub?! Bu cür hərəkətlər Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bunun başqa adı yoxdur. Ona görə də bu cür təxribatları qəti şəkildə pisləyir və cinayətkarların cəzalandırılmasını tələb edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO