Həmsədrlər Qarabağa səfər etməkdən niyə yayınırlar? – Tofiq Zülfüqarovdan DETALLAR 

Həmsədrlər Qarabağa səfər etməkdən niyə yayınırlar? – Tofiq Zülfüqarovdan DETALLAR 

Hazırda oxunan: Həmsədrlər Qarabağa səfər etməkdən niyə yayınırlar? – Tofiq Zülfüqarovdan DETALLAR 

0:00
0:00
59695

“Minsk Qrupu ölkələrinin səfirləri ilyarımdır ki, işğaldan azad edilmiş ərazilərimizə səfərlərdən hər cür variantla yayınmağa çalışırlar”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib. 

Eks XİN rəhbəri həmsədrlərin bu davranışının səbəblərini də izah edib: 

“Açığı, onlar öz paytaxtlarına işğalçıların dağıdılması və barbarlığı barədə obyektiv hesabat yazmamaq üçün səfərlərdən yayınırlar. İstisna etmirəm ki, bu, onların istəyi deyil, mərkəzdən gələn göstərişdir. Eyni zamanda, onlar bərpa prosesində iştirak etmək üçün öz ölkələrindəki şirkətlərə lobbiçiliyə davam edirlər”. 

Tofiq Zülfüqarov Avropa İttifaqı tərəfindən Azərbaycana ayrılan 2 milyard avroluq vəsaitlə bağlı da fikir bildirib: 

“Hesab edirəm ki, Aİ-nin rəsmi Bakıya ayırdığı 2 milyard pulu regional problemlərə birtərəfli, anti-Azərbaycan yanaşmasını dəyişmək cəhdidir. Təqdim olunan yardım paketi çərçivəsində proqramları həyata keçirən Aİ strukturlarından azad edilmiş ərazilərdə obyektiv qiymətləndirmə missiyaları həyata keçirmələri tələb olunacaq. Bu o deməkdir ki, mövzunun süni informasiya blokadası qırılacaq!” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO