"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

Hazırda oxunan: "Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

596382

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfər etdiyi Almaniyada ikitərəfli görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, "Haber Global" telekanalı bu barədə reportaj hazırlayıb.

Telekanalın səfər barədə hazırladığı süjetdə Prezidenti İlham Əliyevin konfrans çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşdüyü qeyd edilir.
 

Bildirilir ki, Zelenski ilə görüş zamanı iki ölkə arasında enerji sektoru başda olmaqla, əməkaşlıq məsələləri müzakirə olunub. Zelenskinin Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstəyə görə İlham Əliyevə təşəkkür etdiyi vurğulanıb.


Kallas ilə görüş zamanı isə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərinin müzakirə oldunuğu bildirilir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO