İlham Əliyev: “Məktəblərdə tədris proqramına dəyişikliklər edilməlidir”

İlham Əliyev: “Məktəblərdə tədris proqramına dəyişikliklər edilməlidir”

Hazırda oxunan: İlham Əliyev: “Məktəblərdə tədris proqramına dəyişikliklər edilməlidir”

595734

“Orta məktəblərdə şagirdlərə rəqəmsallaşma ilə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
 

MÖVZU İLƏ BAĞLI:  

Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO


Dövlət başçısı kadr hazırlığının əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Son vaxtlar bu istiqamətdə müəyyən işlərin görüldüyünü diqqətə çatdıran Prezident əlavə edib:

"Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO