ABŞ lideri Donald Tramp bir daha bir sıra beynəlxalq münaqişələrin nizamlanmasında öz rolunu xatırladıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtonda səhər yeməyində çıxış edərkən deyib.
“Mən Kamboca və Tailand, Kosovo və Serbiya, Pakistan və Hindistan, İsrail və İran, Ermənistan və Azərbaycan arasında olan amansız müharibələri yoluna qoymuşam”, - deyə ABŞ prezidenti bildirib.
Keçən il avqustun 8-də keçirilən Vaşinqton sammitinin nəticələrindən danışan və həmin sammitin yekununda üç ölkənin liderlərinin bir sıra tarixi sənədlər imzaladığını xatırladan Tramp vurğulayıb:
“İki həqiqətən yaxşı lider. (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı nəzərdə tutur - red.) Onların bildiyi yeganə şey mübarizə idi. Onlar uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi kifayət qədər tez yoluna qoyduq”, - deyə o qeyd edib.
Bizim.Media
































































































