İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidəki görüşünə Aleksanyandan REAKSİYA – ÖZƏL

İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidəki görüşünə Aleksanyandan REAKSİYA – ÖZƏL

Hazırda oxunan: İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidəki görüşünə Aleksanyandan REAKSİYA – ÖZƏL

594670

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər.

 

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Bundan əlavə, ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılıq əldə olunub.

 

Regional sülh perspektivləri

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabidəki görüşünü müsbət və ümidverici addım kimi qiymətləndirdiyini deyib:

“Ən önəmlisi odur ki, tərəflər bir-biri ilə dialoqa davam edir və güc yolunu deyil, danışıqlar yolunu seçirlər. Bu gün regionumuzun ən çox ehtiyacı olan məqam dialoqdur və bu cür görüşlər sülh yolu ilə həll imkanlarının hələ də açıq olduğunu göstərir.

Bu mürəkkəb dövrdə siyasi iradə və məsuliyyət nümayiş etdirdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkürümü bildirmək istəyirəm. Sülh prosesi irəlilədiyi təqdirdə, iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələr formalaşa bilər: tranzit yollarının açılması, ticarətin inkişafı, regional infrastrukturun bərpası.

İqtisadi əməkdaşlıq etimadın möhkəmləndirilməsi üçün vacib alətə çevrilə və sərhədin hər iki tərəfində yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verə bilər”.

Yaxın gələcəkdə...

Aleksanyan əlavə edib ki, liderlərin davamlı görüşü həm də yaxın vaxtlarda yekun sülh müqaviləsinin bağlanacağına ümidləri artırır:

“Mən sülhün tərəfdarıyam və onun mümkün olduğuna inanıram. Bəli, bu yol asan deyil, zaman, qarşılıqlı siyasi iradə və məsuliyyət tələb edir. Lakin hər belə görüş bizi bu məqsədə bir addım da yaxınlaşdırır. Əgər tərəflər danışıqlar, kompromis və qarşılıqlı hörmət yolunu seçməyə davam etsələr, yaxın gələcəkdə real və dayanıqlı sülhün təməli qoyula bilər. Sülhün alternativi yoxdur və bu istiqamətdə atılan hər bir addım dəstəyə layiqdir”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO