Rusiyanın təhdidlərinə Ermənistandan KTMT CAVABI – Gərginlik daha da ALOVLANIR

Rusiyanın təhdidlərinə Ermənistandan KTMT CAVABI – Gərginlik daha da ALOVLANIR

Hazırda oxunan: Rusiyanın təhdidlərinə Ermənistandan KTMT CAVABI – Gərginlik daha da ALOVLANIR

594475

Son günlər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak edib-etmədiyilə bağlı ziddiyyətli fikirlər yayılmaqdadır. Belə ki, KTMT-nin aparıcı qüvvəsi Rusiya tərəfi iddia edib ki, İrəvan təşkilatda qəbul olunan bütün sənədləri imzalayır.

Buna cavab olaraq, Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvan KTMT çərçivəsində heç bir prosesə daxil deyil və onun işində heç bir formatda iştirak etmir.
 

Xatırladaq ki, bu məsələ ilə bağlı daha əvvəl isə baş naziri Nikol Paşinyan Ermənistanla KTMT arasındakı münasibətlərin geri dönüşü olmayan mərhələyə keçdiyini bəyan edib. Xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, İrəvan KTMT-dən çıxma qərarı ilə bağlı bütün riskləri hesablayır.


Görünən odur ki, Ermənistan Rusiyanın son təhdidlərinə KTMT-dən çıxmaq mesajı ilə cavab verib. Bu isə artıq xeyli müddətdir münasibətlərdə yaşanan gərginliyin daha da şiddətləndiyinə işarə sayıla bilər.

İki ölkə münasibətlərindəki bu gərginlik nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, iki ölkə arasında yaşanan gərginliyin nələrə gətirib çıxaracağı Ermənistanda iyunda olacaq seçkilərin nəticələrindən asılı olacaq:

“Ermənistan KTMT-nin üzvüdür. Ancaq KTMT iclaslarında, onun maliyyələşdirilməsində iştirak etmir. Eyni zamanda rəsmi şəkildə müraciət edərək, təşkilatı tərk etmir. Bu şəraitdən Rusiya istifadə edərək, Ermənistanın əslində KTMT-nin üzvü olduğu və onun işində iştirak etdiyi təsəvvürünü yaradır. Bu da onunla bağlıdır ki, İrəvan özünün də dəfələrlə bəyan etdiyi kimi, KTMT-də qəbul olunan qərarlara da etiraz etmir.

Rusiya göstərməyə çalışır ki, Ermənistanın iclaslarda iştirak etməməsi müvəqqəti xarakter daşıyır. Yəni gec-tez İrəvan qurumun iclaslarına qoşulacaq. Buna cavab olaraq da Ermənsitanın xarici işlər naziri ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu bəyan edib”.

Ekspert hesab edir ki, seçkilərdə Paşinyan komandası yenidən qələbə çalarsa, İrəvanın KTMT-dən çıxması qərarı da özünü çox gözlətməyəcək:

“İrəvanın qurumdan çıxmaq üçün rəsmi müraciət göndərib-göndərməyəcəyi məsələsi böyük ehtimalla iyunda olacaq parlament seçkilərindən sonra bəlli olacaq. 
 

Bundan əlavə, Ermənistanla Rusiya arasında münasibətlərin əvvəlki istiqamətə tərəf dəyişməsi ehtimalı çox aşağıdır. Bu yalnız rusiyayönümlü qüvvələrin parlament seçkilərində qalib gəlməsi fonunda mümkün ola bilər. Hansı ki, Rusiya da bunun üçün əlindən gələni edir. Moskvanın bu istəyi baş tutmadığı təqdirdə Kreml indiki gərgin münasibətləri daha da sərtləşdirərək, birmənalı şəkildə Ermənistana qarşı aktiv təzyiqlərə keçəcək.


Bu halda həm iqtisadi, həm də hərbi təzyiqlərdən istifadə ediləcək. Onu da qeyd edim ki, Ermənistanın Rusiya təsirindən çıxması, Moskvanın Cənubi Qafqaza təsirinin azalması demək olacaq”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO