Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Hazırda oxunan: Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

594405

Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bu razılıq Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə əldə olunub.

Məlumatda qeyd olunub ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.

Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO