Ceyhun Bayramov iraqlı nazir müavinini qəbul etdi - FOTO

Ceyhun Bayramov iraqlı nazir müavinini qəbul etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov iraqlı nazir müavinini qəbul etdi - FOTO

59398

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov iki xalq arasında mövcud olan tarixi bağlar əsasında inkişaf edən ikitərəfli münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişafını vurğulayıb.

İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir, İraqlı həmkarı ilə ötən il ərzində müxtəlif beynəlxalq təbirlər çərçivəsində görüşlərinə istinad edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan sərhədədək dəmir və avtomobil yollarını tikir, Ermənistan isə...” - NAZİR


Keçən il Azərbaycan ti və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının Bakıda keçirilməsinin, habelə İraqın neft nazirinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.

Nazir, həmçinin qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların Azərbaycan tərəfindən icrası, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin onilliklər sonra öz torpaqlarına geri dönməsi üçün lazımi işlərin görülməsi ilə bağlı məlumat verib.

Nazir müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyəti qeyd edib. Mövcud siyasi dialoqun, o cümlədən xarici işlər nazirləri arasında təmasların intensivliyinin qorunub saxlanılmasının önəmli olduğu vurğulanıb.

Məcburi köçkünlər, habelə dağıdılmış ərazilərin bərpası məsələsində İraqın təcrübəsinin olduğunu söyləyən nazir müavini, bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. O, bölgədə aparılan bərpa işlər ilə əlaqədar, o cümlədən bölgədə gələcək sülh quruculuğu istiqamətində səylərinə görə Azərbaycanı təbrik edib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və İraq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini səsləndirdi və bu xüsusda İraqlı həmkarına ünvanlandığı məktubu ünvan sahibinə çatdırması üçün şəxsən nazir müavininə təqdim edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

“Qeyd etmək istərdik ki, eyni gündə Azərbaycan Respublikası və İraq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İraq tərəfindən isə xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah başçılıq ediblər. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO