“Düz, 30 ildir Ermənistan UNESCO-nun regiona səfərinin qarşısını alır” – Nigar Arpadarai 

“Düz, 30 ildir Ermənistan UNESCO-nun regiona səfərinin qarşısını alır” – Nigar Arpadarai 

Hazırda oxunan: “Düz, 30 ildir Ermənistan UNESCO-nun regiona səfərinin qarşısını alır” – Nigar Arpadarai 

59346

Xəbər verdiyimiz kimi, Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında videoformatda görüş baş tutub.

Müzakirələrdən sonra UNESCO-nun Azərbaycan və Ermənistanda mədəni-tarixi irsə dəymiş zərəri araşdırması üçün missiyasını regiona göndərməsi razılaşdırılıb.

UNESCO-nun Ermənistana və Azərbaycana yaxın müddətdə missiya göndərməsi ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Nigar Arpadarai əldə olunmuş razılaşmanı alqışladığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

UNESCO-nu Cənubi Qafqazda hansı “sürpriz” gözləyir? - İlkin SİYAHI


Təşkilatın missiya göndərməsini şərh edən millət vəkili bir sıra məqamları diqqət çatdırıb: 

“Birincisi, işğaldan azad olmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti, tarixi, mədəni və dini irsin tamamilə dağıdılması faktı göz qarşısındadır. Dağıntıların miqyasını, kütləvi total olmasını nəzərə alaraq, aydındır ki, bu dağıdılma təsadüfi məsələ yox, Erməni işğalçı qüvvələri tərəfindən planlaşdırılmış və sanksiyalaşdırılmış məqsədyönlü siyasətin nəticəsidir. 

İkinci məsələ, Ermənistanda Azərbaycanlıların mədəni irsinin dağıdılmasıdır. Zəngəzur rayonunun coğrafi, mədəni və tarixi cəhətdən Şərqi Zəngəzur və Qarabağ zonasına ilə çox bağlılığı var idi. Eyni zamanda, Göyçə gölünün ətrafları Gəncəbasar zonasına daha yaxın idi. İndiki Yerevan, İrəvanın özü haqda danışsaq, Türk şəhəri olmuş İrəvanın tarixi tamamilə silinib və əvəzinə saxta tarix yazılıb ki, özlərinin saxtalaşdırdıqları bu tarixə bəzi ermənilərin özləri belə gülür”.

Millət vəkili Ermənistanın Azərbaycandakı xristian irsini erməniləşdirmə siyasəti ilə bağlı da fikirlərini bölüşüb:

“Məsələnin digər tərəfi Azərbaycan ərazisində olan xristian irsidir. Artıq illərdir ki, hətta yüzilliklərdir ki, Ermənistan öz ərazisində olan Azərbaycan irsini məhv etməklə yanaşı, Azərbaycan ərazisində olan xristian irsini erməniləşdirməklə məşğuldur. Azərbaycanın Xristian abidələrində yazıların və emblemlərin onilliklər ərzində, mütəmadi olaraq saxtalaşdırılması baş veririrdi ki, bunu təmir adı ilə və ya müxtəlif bəhanələrlə edirdirlər. Təəssüflə etiraf etməliyəm ki, biz də bu prosesə lazımı diqqəti vermirdik.
 

Bu tək Azərbaycanda baş vermirdi. Gürcüstanda da oxşar proses gedirdi, Gürcülər 20 il öncə buna fikir verməyə başladılar, bu da ona görə baş verdi ki, orada güclü provoslav kilsəsi var”.


Nigar Arpadarai UNESCO-nun səfərindən böyük gözləntilərinin olmadığını bildirib. Millət vəkili fikirlərini bu cür əsaslandırıb:  

“Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə UNESCO missiyasının səfərinin qarşısını alıb.
 

Bu fakt, UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Bu baxımdan UNESCO-nun missiyası çox önəmli addımdır. Bu bizim diplomatiyanın uğurudur.


Səmimi söyləyim ki, bu səfərdən böyük gözləntilərim yoxdur. Çoxsaylı faktların olmasına baxmayaraq UNESCO 30 ildir bu istiqamətdə bir iş görməyib, amma indi bizim mövqeyimiz ciddi dəyişəcək. Bizim illərdir söylədiyimiz faktlara UNESCO və dünya ictimaiyyəti göz yuma bilməyəcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO