Baş nazir mülki əhaliyə dəymiş ziyanla bağlı iclas keçirdi - FOTO

Baş nazir mülki əhaliyə dəymiş ziyanla bağlı iclas keçirdi - FOTO

Hazırda oxunan: Baş nazir mülki əhaliyə dəymiş ziyanla bağlı iclas keçirdi - FOTO

5919

Bu gün Baş nazir və Dövlət Komissiyasının sədri Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icra vəziyyətinə dair məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, müşavirədə Dövlət Komissiyasının üzvləri iştirak ediblər.

Müşavirədə indiyə qədər görülmüş işlər müzakirə olunub və qalan məsələlərin qısa müddətdə başa çatdırılması və Prezidentin Sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO