20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.
***13:29
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər regional məsələləri müzakirə ediblər.
Ümumilikdə ikitərəfli gündəlik və regional məsələlər müzakirə olunub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:36 / 20.01.2026
Ceyhun Bayramovla Hakan Fidan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi? - YENİLƏNİB
Hazırda oxunan: Ceyhun Bayramovla Hakan Fidan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi? - YENİLƏNİB
Hazırda oxunan: Ceyhun Bayramovla Hakan Fidan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi? - YENİLƏNİB
591713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































