Rusiya Ukrayna müharibəsini qaçılmaz edən səbəblər arasında müxtəlif faktlar var. Onlardan biri də odur ki, Rusiya hücum dəstələrinin 70 %-ni Ukrayna sərhədinə yerləşdirib.
Bizim.Media xəbər verir ki, Belarus qoşunları da artıq Ukrayna sərhədinin 50 kilometrliyindədir.
MÖVZU İLƏ BAĞLI:
Putin müharibənin anonsunu verdi: "ABŞ və NATO-nun cavabı Rusiyanı qane etmir" - VİDEO
Aleksandr Lukaşenko xəbərdarlıq edib ki, savaş başlayacağı təqdirdə Belarus silahlı qüvvələrini Donbassa yollayacaq.
Qərbi təmsil edən siyasətçilər, rəsmilər və KİV də həyəcan təbili çalmağa başlayıb.
“The Washington Post”: Böhranın diplomatik həlli müzakirə olunmur.
“Reuters”: Rusiyanın hücumu nəticəsində Ukrayna 5 mindən 25 minə qədər, Rusiyanın özü isə
3-13 min arasında hərbçi itkisi ilə üzləşəcək. Dinc sakinlər arasında itkilərin 50 minə yüksələcəyi istisna olunmur.
Baydenin məsləhətçisi Cek Sallivan: “Ukrayna-Rusiya sərhədində hərbi əməliyyatlar hər gün başlaya bilər. Və Rusiyanın öz hücumlarını müxtəlif formada həyata keçirtməsi istisna olunmur. Rusiyanın Ukraynaya hücumu Çin iqtisadiyyatına da ziyan vuracaq”.
Almaniyanın kansleri Olaf Şolts: “Ukraynaya hücum Rusiyaya baha başa gələcək”.
Bütün bunların fonunda Ukraynanın XİN rəhbəri Dmitri Kuleba Ukraynanın güclü orduya malik olduğunu və bütün təhdidlərə hazır olduğunu açıqlayıb:
“Biz düşməndən yox, düşmən bizdən qorxmalıdır”.
Sonda qeyd edək ki, ABŞ NATO-nun şərq sərhədlərini gücləndirmək üçün Polşaya hərbi kontingent yollayıb.
Amma beynəlxalq konvensiyalara görə, olimpiada oyunları keçirilən ərəfədə heç bir müharibə aparıla bilməz. Çində hazırda gedən Qış Olimpiada Oyunları müharibə ehtimallarını bir qədər aşağı salır. Çünki Çin hökuməti əgər tərəflərdən birinin təhriki nəticəsində belə bir savaşın başlayacağını ehtimal etsə, ən azı bunu özünün varlığına hörmətsizlik kimi qəbul edəcək.
Bəzi ekspertlərin məlumatlı mənbələrə istinadən yaydığı məlumatlarda da deyilir ki, Putinin Çin səfəri zamanı bu məsələyə də diqqət ayrılıb.
Hər iki ölkənin bu olimpiadada iştirakını nəzərə alaraq demək olar ki, həm Rusiya, həm Ukrayna ən azı fevralın 20-ə qədər belə radikal addım atamayacaq.
Bizim.Media