Milli Məclisin deputatı Şahin Seyidzadə seçicilərinə hesabat verib.
Bizim.Media xəbər verir ki, 2025-ci ilin payız sessiyası dövründə parlament fəaliyyəti ilə yanaşı, vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması və ictimaiyyətin mütəmadi məlumatlandırılması əsas prioritetlərdən biri olub.
Fəaliyyət dövrü ərzində açıq və şəffaf kommunikasiya prinsipləri əsas götürülərək, vətəndaş müraciətlərinin qəbulu, onların icrası, habelə dövlətin gündəmində olan aktual məsələlərlə bağlı media resursları vasitəsilə ardıcıl məlumatlandırma aparılıb.
Fəaliyyət dövründə Qobustan, Şamaxı və İsmayıllı rayonlarında ümumilikdə 42 vətəndaş qəbulu keçirilib. Qəbullarda 1 şəhər, 6 qəsəbə və 59 kənddən 497 vətəndaş iştirak edib. Ümumi daxil olan müraciətlərin sayı - 806. Müraciətlər əsasən sosial məsələlər, məşğulluq, təhsil, infrastruktur və digər sahələri əhatə edib. Onların bir qismi yerində həll edilib, digərləri isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönləndirilib.
2024-2025-ci illər üzrə fəaliyyət dövrə dair hesabat hazırlanaraq, müraciət etmiş vətəndaşlara poçt vasitəsilə göndərilib. Həmin dövrə dair hesabatla //seyidzade.az/hesabat2025/ link vasitəsilə tanış olmaq mümkündür.






Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:00 / 05.01.2026
Milli Məclisin deputatı Şahin Seyidzadə seçicilərinə hesabat verdi – FOTO
Hazırda oxunan: Milli Məclisin deputatı Şahin Seyidzadə seçicilərinə hesabat verdi – FOTO
Hazırda oxunan: Milli Məclisin deputatı Şahin Seyidzadə seçicilərinə hesabat verdi – FOTO
589509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































