Leyla Əliyeva Hayma Al Zari ilə görüşdü – FOTO

Leyla Əliyeva Hayma Al Zari ilə görüşdü – FOTO

Hazırda oxunan: Leyla Əliyeva Hayma Al Zari ilə görüşdü – FOTO

589286

Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiyayönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub.

Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.

Hayma Al Zari Omanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

Söhbət zamanı biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO