Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi ilə görüşdü – FOTO

Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi ilə görüşdü – FOTO

Hazırda oxunan: Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi ilə görüşdü – FOTO

589270

Leyla Əliyevanın Omana səfəri davam edir.

Bizim.Media xəbər verir ki, Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.

Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO