Dövlət başçısı: “Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də investisiyayönümlüdür” - VİDEO

Dövlət başçısı: “Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də investisiyayönümlüdür” - VİDEO

Hazırda oxunan: Dövlət başçısı: “Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də investisiyayönümlüdür” - VİDEO

589154

“Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - CANLI


Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Azərbaycanın iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəltdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”.

Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib:

“Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO