Prezident: “Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır” - VİDEO

Prezident: “Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır” - VİDEO

Hazırda oxunan: Prezident: “Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır” - VİDEO

589149

“Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır”.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - CANLI


Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO