AnewZ: Trampın gömrük rüsumları ilə bağlı bəyanatı və Azərbaycan–Ermənistan sülh prosesi: Hadisələrin xronologiyası əslində nəyi göstərir?

AnewZ: Trampın gömrük rüsumları ilə bağlı bəyanatı və Azərbaycan–Ermənistan sülh prosesi: Hadisələrin xronologiyası əslində nəyi göstərir?

Hazırda oxunan: AnewZ: Trampın gömrük rüsumları ilə bağlı bəyanatı və Azərbaycan–Ermənistan sülh prosesi: Hadisələrin xronologiyası əslində nəyi göstərir?

589123

Ötən ilin sonunda ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri ilə söhbəti zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyi mövzusuna toxunduğu və sülhə nail olunmayacağı təqdirdə Vaşinqtonun hər iki ölkə üçün gömrük rüsumlarını 100 faiz artıracağını bildirdiyi barədə məlumat yayılmışdı.

Bizim.Media AnewZ-a istinadən xəbər verir ki, bu açıqlama BBC-nin Azərbaycan xidməti də daxil olmaqla, bir sıra KİV tərəfindən sürətlə tirajlandı və guya Azərbaycanın iqtisadi təzyiq altında sülhə məcbur edildiyi təəssüratı yarandı, Lakin telekanalın qeyd etdiyinə görə, bu təqdimat danışıqların xronologiyasına uyğun gəlmir.
 

“Sülh danışıqları rüsumlarla bağlı hər hansı şərt irəli sürülmədən xeyli əvvəl başlamışdı. Azərbaycanla Ermənistan arasında sülh prosesinə Vaşinqtondan guya edilən xəbərdarlıqlardan sonra deyil, illər əvvəl start verilmişdi. 6 aprel 2022-ci ildə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Xarici İşlər nazirliklərinə sülh sazişinin hazırlanmasına başlamağı tapşırıq verilməsi barədə razılığa gəldilər və bununla da strukturlaşdırılmış danışıqlar mərhələsinin əsası qoyuldu.


6 oktyabr 2022-ci ildə Praqada tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqlədilər ki, bu da gələcək saziş üçün hüquqi baza yaratdı.

Danışıqlar 2023-cü ilin may və iyul aylarında Brüsseldə davam etdirildi, əsas diqqət sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri və təhlükəsizlik tədbirlərinə yönəldi.
2023-cü ilin ortalarına doğru danışıqlar sənədin maddələr üzrə müzakirəsi mərhələsinə keçdi. 2023-cü ilin payızından etibarən proses tamamilə ikitərəfli xarakter aldı: Azərbaycan və Ermənistan xarici vasitəçilik olmadan birbaşa danışıqları davam etdirdilər.

2025-ci ilin martına qədər ikitərəfli danışıqlar sülh sazişi mətninin razılaşdırılmış layihəsi mərhələsinə çatdı ki, bu da sazişin əsas maddələrinin tənzimləndiyini göstərirdi. Sənəd hələ imzalanmayıb, lakin qalan məsələlər texniki və prosedur məqamlarla məhdudlaşırdı. Bu mərhələyə rüsumlarla bağlı hər hansı təzyiq xəbərlərindən xeyli əvvəl nail olunmuşdu.
 

Rüsumların təzyiq aləti kimi istifadə edildiyinə dair heç bir sübut yoxdur. Ağ Evin Azərbaycanla rüsumlar məsələsini müzakirə etdiyinə dair rəsmi təsdiq mövcud deyil. ABŞ-ın heç bir rəsmi açıqlaması və ya diplomatik təması ticarət tədbirlərinin sülh prosesinə təsir vasitəsi kimi istifadə olunduğunu göstərmir.


Diplomatik mənbələr AnewZ-ə bildiriblər ki, Azərbaycanla ABŞ arasında sülh gündəliyi üzrə müzakirələr 2025-ci ilin fevralında ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Arye Laytstounun iştirakı ilə başlayıb. Danışıqlar konstruktiv xarakter daşıyıb və mövcud prosesi dəstəkləyib.

Azərbaycan tərəfi bildirir ki, sülh təşəbbüsü məhz rəsmi Bakı tərəfindən irəli sürülüb. Bu, Stiv Uitkoffun açıqlamaları ilə də üst-üstə düşür. Mənbə xatırladıb ki, Donald Tramp bir dəfə Prezident İlham Əliyevdən ordunun üstünlüyünə baxmayaraq niyə hərbi əməliyyatları davam etdirmədiyini soruşub. Uitkoffun sözlərinə görə, Əliyev cavabında məqsədinin yalnız işğal olunmuş ərazilərin azad edilməsi olduğunu bildirib. Uitkoff bu qərarı dövlət başçısının müdrikliyinin nümunəsi adlandırıb.

Azərbaycanla Ermənistan arasında sülh prosesi təhdidlərlə başlanmayıb. O, 2022-ci ildə başlayıb, 2023-cü ildə məzmunlu danışıqlar sayəsində irəliləyib, 2023-cü ilin payızından ikitərəfli formata keçib və 2025-ci ilin martında razılaşdırılmış mətn layihəsi mərhələsinə çatıb. Azərbaycanın gömrük rüsumları təzyiqi altında sülhə sövq edildiyi barədə iddialar danışıqların nə xronologiyasını, nə də mahiyyətini əks etdirir”, – telekanal bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO