Dünyanın geosiyasi xəritəsi KÖKÜNDƏN DƏYİŞİR – “Yaxın 3 ildə...”

Dünyanın geosiyasi xəritəsi KÖKÜNDƏN DƏYİŞİR – “Yaxın 3 ildə...”

Hazırda oxunan: Dünyanın geosiyasi xəritəsi KÖKÜNDƏN DƏYİŞİR – “Yaxın 3 ildə...”

589100

Tramp administrasiyasının yürütdüyü siyasət fonunda ABŞ-ın “Monro Doktrinası”nı yenidən canlandırmaq istəyi gündəmə gəlib.

ABŞ-ın Venesuelada ölkə rəhbəri Nikolas Maduroya qarşı keçirdiyi əməliyyat, eyni məsələ ilə bağlı indi də Kolumbiyanı hədələməsi, üstəlik, Panama, Kanada və Meksika ilə bağlı verilən açıqlamalar onu deməyə əsas verir ki, hazırkı Ağ Ev rəhbərliyi yeni milli təhlükəsizlik strategiyasına uyğun olaraq əsas diqqəti Amerika qitəsinə yönəldir.
 

MÖVZU İLƏ BAĞLI:

Maduronun gedişi bazarlarda ÇAXNAŞMA YARATDI – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ


Bu fonda gözlənilən odur ki, Vaşinqton dünyanın digər regionlarına əvvəlki tək geniş diqqət ayırmayacaq.

Avropadakı müttəfiqlərinə münasibətdə sərgilənən siyasət də bunun əyani sübutu sayıla bilər.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidentlərindən Ceyms Monronun adını daşıyan “Monro doktrinası” 1823-cü ildə qəbul olunub. Bu doktrina Avropa müstəmləkəçiliyinin Şimali və Cənubi Amerika qitələrindən uzaqlaşdırılmasını nəzərdə tuturdu. Doktrinada ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda, Avropadan da Amerika qitəsindəki dövlətlərin daxili işlərinə qarışmamaq tələb olunurdu. 

Görəsən, bu fonda dünyanın geosiyasi xəritəsi necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov bildirib ki, ABŞ-ın yürütdüyü siyasəti onun milli təhlükəsizlik strategiyası ilə müqayisə etsək, bu Vaşinqtonun hər yerdə fəal olacağı anlamına gələcək.

Politoloq qeyd edir ki, sadəcə olaraq, ABŞ fiziki olaraq özünə yaxın regionlarda yeni oyun qaydalarını müəyyən edir:

“Venesuela Prezidentinə münasibətdə baş verənlər də onun göstəricisidir ki, ABŞ bu istiqamətə ciddi fikir verir və öz maraqlarına uyğun olaraq həm Şimali Amerika, həm də Cənubi Amerikada öz siyasətini həyata keçirməyə çalışır. Uzun illər bu istiqamətə ABŞ siyasətində ikinci dərəcəli istiqamət kimi baxılıb. Sözügedən regionda Çin daha çox aktivdir. Rusiya da müəyyən dərəcədə fəallıq nümayiş etdirirdi. Hazırda isə Amerika qitəsində ABŞ özünün yeni oyun qaydalarını müəyyən edir”.

Müsahibimizin fikrincə, bu vəziyyət digər regionların ABŞ-ın diqqətindən kənarda qalacağı anlamına gəlməməlidir:

“Yəni bu vəziyyətə Vaşinqtonun digər regionlara diqqətinin azalması kimi baxılmamalıdır. Bu klassik mənada “Monro Doktrinası”nın izolyasiyasını nəzərdə tutmur. Keyfiyyətcə yeni bir yanaşmadır. ABŞ dünya proseslərindən kənarda qalmır, olduğu regionlarda öz müttəfiqlərilə yeni münasibətlər formalaşdırır.


Həm Avropa, həm Yaxın Şərqdə, həm də öz yarımkürəsində oyunun yeni qaydalarını müəyyən edir. Yaxın 3 il ərzində bu proses davam edəcək. Əlbəttə ona qarşı çıxanlar da olacaq. Lakin Venesuela prezidentinin başına gələnləri nəzərə alaraq ABŞ-ın maraqlarına uyğun olan dövlətlərin sıraları genişlənəcək”.

Rüfət Sultan, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO