Azərbaycanla ABŞ arasında müdafiə məsələləri müzakirə edildi

Azərbaycanla ABŞ arasında müdafiə məsələləri müzakirə edildi

Hazırda oxunan: Azərbaycanla ABŞ arasında müdafiə məsələləri müzakirə edildi

588932

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü cənab Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
 

Cənab M.Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.


Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO