Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb - İlham Əliyev

Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb - İlham Əliyev

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb - İlham Əliyev

588931

Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.

Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı.
 

Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirdi.


Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO