Azərbaycanla Türkiyə arasında yeni SAZİŞ İMZALANDI

Azərbaycanla Türkiyə arasında yeni SAZİŞ İMZALANDI

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında yeni SAZİŞ İMZALANDI

588903

Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib.

Nazir iki gün əvvəl Azərbaycanla yeni təbii qaz sazişinin imzalandığını açıqlayıb.

“İki gün əvvəl Azərbaycanla təbii qaz sahəsində 33 milyard kubmetr həcmində yeni razılaşma əldə etdik. Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il müddətində qaz tədarükü həyata keçiriləcək. Bu saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək. Mövcud infrastrukturdan istifadə etməklə, bu qazı Bakı–Tbilisi–Ərzurum boru kəməri ilə ölkəmizə gətirəcəyik.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO