Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya qoyması müzakirə edilib.
Məhəmməd İshaq Dar və Mikayil Cabbarov ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluqlarını ifadə ediblər və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

Bizim.Media

































































































